Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Araşdırma / Müəllimlər məcburi şəkildə pambıq yığmağa aparılır? – Nazirlik

Müəllimlər məcburi şəkildə pambıq yığmağa aparılır? – Nazirlik

Sosial şəbəkələrdə Goranboy rayonunda həftəiçi ATS, poçt, bələdiyyə işçilərinin, qalan günlər isə müəllimlərin məcburi şəkildə pambıq yığmağa aparılması ilə bağlı məlumatlar yayılıb. Şikayətçi maarif və poçt müdirlərinin pambıq yığmağa getmək istəməyən şəxsləri işdən çıxarmaqla hədələdiklərini qeyd edib. O bundan əvvəl bənzər hadisə zamanı pambıq sahəsinə gedən mikroavtobusun aşması nəticəsində bir nəfərin həlak olduğunu bildirib.

Sözügedən məsələ ilə bağlı Axar.az-a danışan Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə onlara hər hansı bir şikayət daxil olmadığını deyib:

“Bu barədə bizə şikayət daxil olmayıb. Məsələdən xəbərsizik, amma bu şikayətlə bağlı mütləq araşdırma aparacağıq”.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …