Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “MTN işi”ndə adı keçən qadın həbsxanada ölüb

“MTN işi”ndə adı keçən qadın həbsxanada ölüb

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.
Qeyd edək ki, C. Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.
Məlumata görə, C. Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.
Onu da qeyd edək ki, C. Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C. Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın