Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “MTN işi”ndə zərərçəkənlər çoxmərtəbəli binanın damına çıxıb intihar etmək istəyirlər – TƏCİLİ

“MTN işi”ndə zərərçəkənlər çoxmərtəbəli binanın damına çıxıb intihar etmək istəyirlər – TƏCİLİ

“MTN işi” üzrə zərərçəkənlər Sahib Kamal oğlu Qurbanov və Zaur Siyavuş oğlu Əzimov “Xətai” metrostansyasının yaxınlığında “Estetik” klinikası ilə üz-üzə çoxmərtəbəli binanın damına çıxıb intihar etmək istəyirlər.

S.Qurbanov “Yeni Müsavat” əməkdaşına deyib ki, onlar zərərçəkən ola-ola özlərinə qarşı qondarma cinayət işi başlanmasına etiraz edirlər:

“Məndən 90 min, Zaurdan 280 min dollar alıblar. Şikayət edirik, qaytarmamaq üçün bizə saxta cinayət işi başladırlar.

Dərdimizi, sözümüzü kimə deyək, bilmirik. Zauru həbs etdirirlər, mənə də xəbər yollayıblar ki, səni də həbs etdirib həbsdə məhv edəcəyik. Ona görə də intihar etmək qərarına gəlmişik. Onların əlində ölməkdənsə, burada ölmək daha yaxşıdır. Zərərçəkən bizik, bizi də tuturlar. İşimiz məhkəmədədir. İş hakim Elbəy Allahverdiyevdədir”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın