Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / MTN işçisi dindirildi: “Yazırlar ki, yanğında əlim var”

MTN işçisi dindirildi: “Yazırlar ki, yanğında əlim var”

Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində ləğv edilmiş MTN-nin əməkdaşı Xəyyam Babayev dindirilib.
O, 2012-ci ildən yanğın baş verən binada yaşadığını və hadisə zamanı evdə körpə uşağının və baxıcının olduğunu deyib. Həmin vaxt uşağı və baxıcını evdən çıxarıb.
MTN əməkdaşı haqqında mətbuatda yazılanlardan danışıb: “Yazırlar ki, bu yanğında mənim əlim var. MTN əməkdaşı olmuşam. Yanğın zamanı özünü atan adamla əlaqəm olub. Həmin adamı tanımıram. Sonradan xəbər tutdum”.
MTN-də əməliyyatçı kimi çalışdığını deyən X.Babayev yanğından bir gün əvvəl işdə olduğunu söyləyib:“Avropa Ouunları ərəfəsində növbədə idim. Təhlükəsizlik tədbirləri ilə əlaqədar… Axşam 12-də evə gəlmişəm. Səhəri gün 5-də işə getməli idim. Amma bu hadisədən sonra növbədən azad edildim”.
Vəkillərin suallarını cavablandıran MTN əməkdaşı yanğının necə baş verməsi haqda sualları cavablandırıb.
Vəkil İlhamə Həsənova deyib ki, bütün zərərçəkmişlər və şahidlər arasında hadisənin konkret hansı mənbədən çıxması ilə bağlı ifadə verən yeganə şəxs Xəyyam Babayevdir.
X.Babayev isə bu fikrin düzgün səsləndirilmədiyini deyib: “Mən gördüyümü dedim. Necə görmüşəmsə, elə də ifadə vermişəm”.
Məhkəmə prosesi davam edir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın