Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / MTN-in Zərdabda baş tutmayan şantaj əməliyyatı… – Foto

MTN-in Zərdabda baş tutmayan şantaj əməliyyatı… – Foto

“2015-ci ilin sentyabr ayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Zərdabda mənə qarşı şantaj əməliyyatı həyata keçirmək istəyirdilər.”

Bunu Avropa.info-ya göndərdiyi məktubda Zərdab şəhər sakini Rövşən Mirzəyev deyib.

Zərdab rayon sakininin sözlərinə görə, DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Vəliyev Canpolad Şamil oğlu ləğv olunmuş MTN-in antiterror idarəsinin sabiq rəis müavini İlqar Əliyevin yardımı ilə ona qarşı şantaj əməliyyatı həyata keçirmək istəyib.

“Əslən Göyçaydan olan İlqar Əliyevin Canpolad Vəliyevlə yaxın münasibətləri var idi. Hadisədən bir müddət öncə Canpolad Vəliyev məndən 500 manat borc pul almışdı. Lakin uzun müddət bu pulu qaytarmadı. Bununla və DSMF-də baş vermiş digər qanunsuzluqlarla bağlı mən dəfələrlə yuxarı instansiyalara məktublar yazdım. 2015-ci ilin 15 sentyabrında Canpolad Vəliyev borc aldığı pulu mənə qaytarmaq istədiyini bildirdi və görüş yeri təyin etdi. Lakin mən müəyyən yollarla mənə qarşı əməliyyat keçiriləcəyini eşitdim. MTN-nin keçirəcəyi şantaj əməliyyatında mənim guya Canpolad Vəliyevdən 500 manat “rüşvət” istədiyim irəli sürüləcək və bu adla məni həbs edəcəkdilər. Qeyd etdiyim əməliyyata o zamanlar DSMF-də çalışan Araz Şirəliyevi də qoşmuşdular. DSMF müdiri öz işçisi Araz Şirəliyevə mənə qarşı şaxta şahidlik etmək müqabilində özünə müavin təyin edəcəyinə dair söz vermişdi. Lakin mən bütün bunlardan xəbər tutduğum üçün əməliyyat baş tutmadı. Bununla yanaşı Araz Şirəliyev MTN əməkdaşlarına mənim haqqımda yalan dolu izahat verdi. Bundan sonra Canpolad Vəliyev Araz Şirəliyevi saxta əmək kitabçası ilə özünə müavin təyin etdi. Baş verən hadisələrlə bağlı MTN-in o zamankı rəhbərliyinə dəfələrlə müraciət etsəm də şikayətimə heç bir cavab verilmədi.” deyə Rövşən Mirzəyev məktubunda yazıb.

R.Mirzəyev məktubundan həmçinin qeyd edir ki, DSMF-nin Zərdab rayon şöbəsinin müdiri C. Vəliyev və keçmiş müavin Araz Şirəliyevin keçmiş MTN-dəki cinayətkar şəbəkə ilə hansı əlaqələrinin olmasının araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək.

“Baş vermiş qanunsuzluqla bağlı DTX-nin rəisi cənab Mədət Quliyevə müraciət edəcəyəm.”

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın