Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / “MTN-in əlində 2800-dən çox seks videosu olub…” – Ərəstun Orucludan sensasiyalı açıqlamalar

“MTN-in əlində 2800-dən çox seks videosu olub…” – Ərəstun Orucludan sensasiyalı açıqlamalar

Ərəstun Oruclu: “Hilal Əsədovla, Mövlam Şıxəliyevin adı niyə çəkilmir?”

Eldar Mahmudovun və onun mütəşəkkil dəstəsinin “vurulmasından” bir neçə ay keçməsinə baxmayaraq, hələ də “MTN işi” gündəmin əsas müzakirəsindən çıxmaq bilmir. Ancaq bu prosesdə diqqəti məkən məqamlardan biri sabiq MTN şefi Eldar Mahmudovun həbs edilməməsidir. Baxmayaraq ki, ləğv olunmuş nazirliyinin ali zabit heyətinə daxil olan 21 nəfər hazırda həbsdədir və onların törətmiş olduqları cinayətdə nazir olaraq Eldar Mahmudovun da rolu olub.
Sabiq MTN zabiti, ekspert Ərəstun Oruclu gununsesi.info-nun əməkdaşı ilə söhbətində “MTN işi” ilə bağlı yaranmış duruma nəzər salıb.
“MTN-in əlində 2800-dən çox seks videosu olub…”
Ərəstun bəy, MTN işi ilə bağlı prosesi necə qiymətləndirirsiniz? Sizcə, sonluq Eldar Mahmudovun həbsi ilə yekunlaşa bilərmi?

Ümumiyyətlə, MTN işi çox müəmmalı aparılır. Artıq aydın deyil ki, bu iş hara və nəyə doğru gedir. Düşünürəm, bu cür gedişatla hətta həbsdə olan bir sıra generalların və yüksək vəzifəlilrin azad olunması baş verərsə, şəxsən mən təəəccüblənmərəm. Ona görə ki, bu qeyri-mümkün bir şeydir. Bir nazirliyin bu qədər yüksək rəsmiləri ağır və dövləti cinayətlərdə ittiham olunmalarına rəğmən həbs olunurlar, nazir isə heç olmazsa, istintaqa da cəlb olunmur. Onun istintaqa cəlb olunması haqda bizdə heç bir məlumat yoxdur. Bu haqda ictimaiyyətə məlumat verilmir. Bildirilmir ki, bu adam istintaqa cəlb olunubmu, ya ona qarşı iş açılıb yaxud açılmayıb. Elə bir vəziyyətdir ki, Eldar Mahmudovu demirəm, ancaq həbsdə olan Akif Çovdarov azadlığa buraxılsa, şəxsən bu məni təəccübləndirməyəcək. Açıqca görünür ki, onları himayə edən güclü əl və ya əllər var.

Son zamanlar həbsdə olan MTN generallarının istintaqı intiharla şantaj eləməsi halları ortaya çıxır? Sizcə, bu cür şantaj hədəsi prosesə necə təsir edə bilər?

Əslində, onlar sətiraltı dövlət rəsmilərini şantaj edirlər. Guya, intiharla istintaq orqanlarını və siyasi hakimiyyət təmsilçilərini şantaj edirlər. İlqar Əliyevinn müəmmalı intiharı və bunun ciddi araşdırılmaması, onun bir növ belə birmənalı şəkildə intihar hadisəsi kimi dəyərləndirilməsi və işin bağlanması daha doğrusu, ümumiyyətlə, təhqiqqatın açılmaması, əslində, digərlərinə rəvac verir ki, onlar da intihar hadisələri, intihar şantajlarıyla mesajlar versinlər. Düşünürəm ki, bunun arxasında başqa niyyətlər durur. Kimlərsə öldürüləcəyindən qorxur və bəribaşdan cəmiyyətə mesaj atır ki, məni intihar adı altında öldürə bilərlər. Digərləri isə, həqiqətən intihar edə biləcəklərini söyləyirlər. Demək istəyirlər ki, intihara əl atmaqla biz ictima-siyasi vəziyyəti gərginləşdirə bilərik. Təbii ki, MTN əməkdaşarıyla bağlı istənilən ölüm hadisəsi, həm də qətl kimi qəbul olunur. Belə ki, İlqar Əliyevin intiharı bir çox insanlar tərəfindən, məhz, planlaşdırılmış qətl, şahidin aradan götürülməsi və sairə kimi dəyərləndirildi. Yəni, ola bilsin ki, intihar şantajı adı altında bunlar, əslində, burada bir gərginlik yaratmaqla kompromat şantajıyla məşğuldurlar. Mən heç bunu da istisna etmirəm.

Eldar Mahmudovun özünün çöldə qalması belə fikir yaradır ki, “MTN İŞİ” obyektiv aparılmayacaq. Dogrudan da mütəşəkkil dəstənin başçısı niyə çöldədir? Eldar Mahmudovun hakimiyyəti hansısa kompromatla bu yoldan çəkindərməsiniə dair iddialar nə dərəcədə inandırıcıdır?

Həm hə, həm də yox… Hə ona görə ki, Eldar Mahmdovun rəhbərlik elədiyi MTN, başqa sözlə desək, onun quldur dəstəsi ölkədə ictimai-siyasi fəallardan tutmuş jurnalistlərədək çox yüksək dövlət rəsmilərinədək, eləcə də onların ailə üvlərinədək, hər kəs haqqında ifşaedici materiallar yığıb və şantajla məşğuldurlar. Bunu da hər kəs bilir. Yəni, bu haqda mətbuata da müəyyən məlumatlar sızıb. Sizə məlumat olaraq deyə bilərəm ki, mötəbər mənbələrdən mənə daxil olan informasiyalara görə, 2800-dən çox şəxs haqqında təkcə seks videolar mövcuddur. Təssəvvür edirsiniz, söhbət rəqəmdən gedir.

Bunlar üzdə olan jurnalistlər, şou-biznes, iş adamları haqqındadir ya yüksək vəzifəli məmurlara aiddir?

Təbii. Üzdə olan insanlar və onların ailə üzvləri haqqında komromatlar toplayıblar. Yüksək vəzifəli məmurlar və iş adamlarıyla bağlı da həmçinin. Digər tərəfdən bunların əlində başqa xarakterli kompromatlar da var. Bu insanların iş yeri, tutduqları vəzifələr var, onların bəzi əməlləri var ki, bu əməllərin üzə çıxmasını istəmirlər. Xüsusilə də, dövlət, hakimiyyət nümayəndələrini götürdükdə, bu “əməl” sözü konteksə sığmır. Söhbət böyük cinayətlərdən gedir. Elə cinayətlər var ki, onların üzə çıxmasında heç kim maraqı deyil. Çünki, bunların üzə çıxması həmin insanları bitirə bilər. Bax, bunun böyük təsiri var. Amma mən düşünürəm ki, Eldar Mahmudovu bir instrument kimi, başqalarına qarşı təzyiq vasitəsi kimi, hakimiyyətin çox yüksək dairələrində qoruyan çox güclü əllər var. Yəni, hakimiyyət daxlində mövqe savaşları gedir, bu mövqe savaşlarından da görünür kimlərsə ondan, əlindəki materiallardan, toplamış olduğu ifşaedici faktlardan rəqiblərinə qarşı istifadə etmək istəyir. İstisna etmirəm ki, burada maliyyə amilinin də çox böyük rolu var. Bilirsiniz ki, Beynəlxalq Bankı faktiki olaraq, bunlar dağıdıb. Sual olunur ki, Azərbaycanda kiməsə milyardları təkbaşına yeməyə imkan verərdilərmi? Cavabı özüm verəcəm. Xeyir! Bu qeyri-mümkündür. Deməli, onlar vaxtıyla kimlərləsə də bölüşüblər ki, indi həmin şəxslər bunları himayə edirlər. Mövlam Şıxəliyevə diqqət yetirin. Bu adam MTN-nin baş istintaq idarəsinin rəisidir. Bu gün onun adı heç yerdə hallanmır. Halbuki, həmin idarə bütün saxta cinayət işlərini aparıb. Onun rəhbərlik etdiyi idarənin istintaq təcridxanasında işgəncələr baş verib, bu işgəncələrdən ölənlər olub. Məsələn, konkret olaraq, Səid Dadaşbəylinin işini götürək. Həmin istintaq təcridxanasında nə qədər sahibkarı qanunsuz olaraq aparıb içəri salıblar, dindiriblər. Bütün bunlara baxmayaraq, Mövlam Şıxəliyevin adı heç yerdə çəkilmir. Halbuki, o, birmənalı olaraq həbsdə olmalıdır. Yaxud Hilal Əsədov, siz Eldar Mahmudovdan danışırsınız. Mənsə bir qədər aşağıdakıları diqqətinizə gətirmək istəyirəm. Hilal Əsədovun adı artıq heç yerdə çəkilmir. Sanki belə bir adam olmayıb. Ona görə ki, buna qarşı ictimai təpki, tələb yoxdur. Qanunlar işləmir, prokurorluq orqanları bu istintaqın aparılmasının heç marağında da deyil. Çünki bu işlər siyasi qərardan asılıdır. Görünür, bunları himayə edənlər də dediyim kimi siyasi qərarlara təsiri olan hansısa güclü əllərdir.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın