Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / MTN generallarının həbs müddəti uzadılıb

MTN generallarının həbs müddəti uzadılıb

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA-nın əldə etdiyi məlumata görə, onların barələrində olan həbs qətimkan tədbirinin müddəti 2017-ci il fevral ayının 17-dək artırılıb.
Qeyd edək ki, adıçəkilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Cinayət işi baxılmaq üçün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. İş üzrə məhkəmə prosesi gələn il yanvarın 19-da başlayacaq. Proses Yasamal rayon Məhkəməsində keçiriləcək.
Həmin şəxslərlə yanaşı, MTN generalı Natəvan Mirvətova da məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.
Təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natəvan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın