Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / MTN generallarının 56 milyonluq əmlakı müsadirə edilib

MTN generallarının 56 milyonluq əmlakı müsadirə edilib

Bu gün Baş Prokurorluqda keçirilən müşavirə zamanı “MTN işi” ilə bağlı statiska da açıqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, baş prokuor Zakir Qaralov xüsusi vurğulayıb ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətləri cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilib: “Cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda böyük ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 26 şəxs barəsində 18 iş üzrə yüksək peşəkarlıqla istintaqının yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

Belə ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Hazırda cinayət işinin digər epizodları, o cümlədən barələrində axtarış elan olunmuş şəxslərin cinayət əməlləri barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın