Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / MTN generalının xəstəlikləri açıqlandı – “Müalicəyə ehtiyacı var”

MTN generalının xəstəlikləri açıqlandı – “Müalicəyə ehtiyacı var”

Hazırda həbsdə olan və yaxın günlərdə məhkəmə prosesi başlayan MTN generalı Sübahir Qurbanovun səhhəti ilə bağlı tibbi ekspertiza keçirilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaq dövründə S.Qurbanovun vəsatəti əsasında təyin edilən məhkəmə-tibbi ekspertizaların rəyləri və tibbi müayinələrin nəticələri ilə onun həyatı və sağlamlığı üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib: “Ötən ilin may ayında gerçəkləşən ekspertiza nəticəsində S.Qurbanova “Şəkərli diabet II tip, orta ağır gedişli. Diabetik polineyropatiya. Diabetik angiopatiya. Diabetik retinopatiya. Ürəyin işemik xəstəliyi. Arterial hipertenziya II dərəcə, Xroniki hepatoxolesistit, steatohepatoz. Xroniki prostatit. Prostat vəzin heperlazıyası. Onurğanın osteoxondrozu. TH 12-L və L-4 L-5 fəqərəlarası disklərdə yırtıq və spinal stenozu, L-5-S-1 fəqərələrarası diskdə protruziya. Kökçük ağrı sindromu. OU-Kortikal katarakta” diaqnozu qoyulub.

S.Qurbanovun məhkəmə-tibbi ekspertizası keçirilərkən aparılan Exokarodioqrafiya, Elektrokardioqrafiya, Kompüter tomoqrafiya və laborator tədqiqatlar zamanı onda L-4-L-5 disk aralığında arxa-mərkəzi yırtıq, L-5-S-1 fəqərələrarası diskdə arxa-mərkəzi protruziya, Ürəyin işemik xəstəliyi, karonarokardioskleroz, Hipertoniya xəstəliyi II dərəcə, Şəkərli diabet II tip, orta ağır forma kimi xəstəliklərin olduğu müəyyən edilib.

S.Qurbanovun düçar olduğu xəstəliklər uzun sürən xroniki xəstəliklər qrupuna aiddir, hazırda onun müalicəyə ehtiyacı var. Müalicəsini ambulator qaydada saxlanıldığı müəssisəsinin Tibbi Sanitar hissəsində davam etdirə bilər”.

Qeyd edək ki, MTN generalları və əməkdaşlarının ikinci dəstəsinin cinayət işi üzrə məhkəmə prosesi yanvarın 18-da başlayacaq.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın