Şənbə , Dekabr 4 2021
Ana səhifə / Araşdırma / MTN generalının əmlakı qaytarılacaqmı?

MTN generalının əmlakı qaytarılacaqmı?

MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təyin edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, keçmiş “MTN-çi”lər şikayət ərizələrində onlar barəsində bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin icraatına verilib. İlkin baxış iclası fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib

Həmçinin oxuyun

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı – FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev özünə yeni “BMW” markalı …