Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Araşdırma / MTN-çilərin daha bir cinayəti ortaya çıxdı: iş adamını silahla qorxudaraq…

MTN-çilərin daha bir cinayəti ortaya çıxdı: iş adamını silahla qorxudaraq…

Ləvğ edilən Mili Təhlükəsizlik Nazirliyinin (MTN)-in əməkdaşlarının daha bir iş adamına qarşı törətdikləri cinayət faktı ilə bağlı məlumat ortaya çıxıb.

Bu barədə Lent.az-a vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, MTN əməkdaşları tərəfindən iş adamı Seyhun Mustafayevin milyonlarla dəyəri olan obyektləri hədə-qorxu yolu ilə ələ keçirilib: “2007-ci ildə hüquqlarını müdafiə etdiyim şəxs – Seyhun Mustafayev Moskva-Bakı aviareysi ilə hava limanına düşüb. Bu zaman MTN-in əməkdaşları onu elə hava limanındaca həbs edib. Guya onun biznesini keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələndirərək, hədə-qorxu yolu ilə bütün əmlakını əlindən alıblar. MTN əməkdaşları dəyəri milyonlarla ölçülən obyektlərini məcburi şəkildə tanımadıqları adamın adına keçirmək üçün hüququnu müdafiə etdiyim şəxsi və həyat yoldaşını silahlı dəstənin müşahidəsi altında notariat orqanına gətiriblər”.

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs faktla bağlı Baş Prokurorluğun yanında Ağır Cinayətlərə dair İstintaq idarəsini çağırılıb və bu həftə ərzində dindiriləcək.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın