Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “MTN çetesi”nə qarşı şok qərar- zorla alınmış əmlaklar geri qaytarılacaq

“MTN çetesi”nə qarşı şok qərar- zorla alınmış əmlaklar geri qaytarılacaq

Məhkəmə Maqsud Mahmudovun əlindən alınan restoranın və “Mercedes” avtomobilinin qaytarılmasına qərar verdi; müstəntiqin barəsində xüsusi qərarda çıxarıldı

 
Bakı Apelyasiya Məhkəməsində hakim Sidqi Məmmədovun sədrliyi ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi Cavid Quluzadənin adı keçən məhkəmə çəkişməsi sona çatıb. Dekabrın 8-də baş tutan məhkəmə çəkişməsi bu ilin əvvəlində iş adamı Maqsud Mahmudovun iddiası əsasında başlanıb. 
Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən iş adamı qeyd edib ki, Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksi və “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın MTN əməkdaşları tərəfindən ondan zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib.
İşin mahiyyəti budur ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. İş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb.
Image result for Texnikabank
Ondan reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəmək tələb olunub. 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar.
Image result for Cavid Quluzadə
Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad adlı şəxsin adına rəsmiləşdiriblər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb. Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib. 2015-ci ilin oktyabrında MTN-də məlum “təmizləmə”lərdən sonra iş adamı məhkəməyə üz tutmaq qərarına gəlib. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
 
Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddanı araşdırıb və təmin edib. Hökmə görə 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.
Həmin hökmlə 2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub. 1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub. 2012-ci ildə baş tutan bu transfer vasitəsilə Cahangir Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb. Hökmdən narazı qalan qarşı tərəfin apelyasiya şikayəti isə qeyd etdiyimiz kimi təmin olunmayıb.
Image result for Cahangir Hacıyev
Onu da qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmündən sonra m.mahmudov bir çox dövlət orqanlarına, Dövlət Təhlükəsilzik Xidmətinə (DTX) müraciət edib. Bakı Apelyasiya Məhkəməsinin qərarından somra isə iş adamı DTX rəisi Mədət Quliyevə yenidən müraciət ünvalnayıb, xahiş edib ki, MTN müstəntiqinin əlindən aldığı maşını ona qaytarsınlar: “DTX-da olmuşam, orada məni çox yaxşı qarşıladılar.
Bildirdilər ki, müvafiq məhkəmə qərarından sonra maşın özümə qaytarılacaq. Bakı Apelyasiya Məhkəməsinin qərarından sonra maşınımın qaytarılması üçün ortada heç bir maneə qalmır. Ümid edirəm ki, DTX rəisinə müraciətim cavabsız qalmayacaq”.
musavat.com

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın