Ana səhifə / Araşdırma / Mövlam Şıxəliyev həbs gözləntisindən danışdı

Mövlam Şıxəliyev həbs gözləntisindən danışdı

“Bakı Hərbi Məhkəməsinin barəmdə cinayət işinin başlanması üçün qərardad çıxarması ilə bağlı xəbəri mətbuatdan oxudum. Bu barədə məlumatsızam. Əgər sizin üçün maraqlıdırsa, özünüz məhkəməyə müraciət edib məlumat ala bilərsiniz”.

Bu sözləri Gununsesi.info-ya ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin onun barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərməsi ilə bağlı qərardadına münasibət bildirərkən deyib.
Onun da qeyd edək ki, Mövlam Şıxəliyev sonda “Mən əlavə bir şey söyləmək istəmirəm” deyərək telefonun dəstəyini asıb.

Xatırladaq ki, dünən Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Ələkbərovun barəsində verilən hökmdə qeyd olunub ki, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.
Onu da nəzərinizə çatdıraq ki, hələ bir neçə gün öncə Gununsesi.info Eldar Mahmudov və Mövlam Şıxəliyevin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbər yaymışdı.

Azinforum.az

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın