Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Moskvada uşağı öldürən dayədən dəhşətli etiraf: “Allah əmr etdi”

Moskvada uşağı öldürən dayədən dəhşətli etiraf: “Allah əmr etdi”

Moskvada 3 yaşlı uşağı qətlə yetirməkdə şübhəli bilinən dayə, Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova cinayət törətməsinin səbəblərini açıqlayıb.
Virtualaz.org xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
“Allah əmr etdi”, – Bobokulova müstənqiqlərə etdiyi hərəkəti belə izah edib. O, həmçinin qətli törətməsini etiraf edərək peşman olduğunu qeyd edib.
Daha əvvəl cinayət törədilən vaxt Bobokulovanın kəskin psixi pozuntusu olduğu bildirilirdi.
Müstəntiqlər qadını qətlə sövq etməkdə təqsirkar bilinən şəxslərin də olduğunu ehtimal edirlər. Hazırda həmin şəxslərin axtarışları aparılır.
Qeyd edək ki, fevralın 29-da “Oktyabrskoye Pole” metro stansiyasının qarşısında əlində uşağın kəsilmiş başı olan dayə saxlanmışdı.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın