Ana səhifə / Araşdırma / Moskvada hicablı qadının başını kəsdiyi uşaqla bağlı sarsıdıcı fakt

Moskvada hicablı qadının başını kəsdiyi uşaqla bağlı sarsıdıcı fakt

Moskvada dayəsi tərəfindən başı kəsilən Nastyanın valideynləri polisə izahat veriblər.

Rusiya mətbuatının yazdığına görə, Gülçöhrə Bobokulova bir il əvvəl onlarda işləməyə başlayıb. Qadın onlarda yaxşı mütəxəssis təəssüratı yaradıbmış. Valideynlərin sözlərinə əsasən, dayə uşaqlarına qarşı daim məsuliyyətlə davranırmış. Son günlər Gölçöhrə Bobokulova tez-tez əri ilə münasibətlərinin pis olmasından gileylənərmiş…

bu arada dəhşətli qətlin təfərrüatı da bəlli olub. Demə, qətlə yetirilən Nastya 2011-ci ildə qeysəriyyə üsulu ilə dünyaya gəlib. Anadan hemotoma ilə doğulan Nastyanı valideynləri Çinə müalicəyə belə aparıb. Amma çinli həkimlər onlara ümidverici bir söz deməyiblər.

Fiziki cəhətdən yaşıdlarından geri qalan Nastya son 3 ayda yeriyə bilmirmiş. Valideynlər özbək qadın Gülçöhrə Bobokulovanı ona dayə tutublar.

Bir müddət əvvəl isə ailə Almaniyadan ümidverici məktub alıb. Oradakı klinikalardan biri Nastyanı müalicə etməyin mümkün olduğunu bildiribmiş. Bundan sonra uşağın valideynləri gecə-gündüz işləməyə başlayıblar. Ana hətta həftədə iki gün 3 növbədə, yəni bütün sutkanı işləyirmiş.

Bu gün hadisə baş verən dəqiqələrdə onun mobil telefona dayə zəng vurub. Metroda görüşmək istədiyini bildirib. Yekterina heç nə hiss etməyib. Bobokulova isə ona qızının kəsilmiş başını aparıbmış…

*   *   * 14:55

Moskvada polis əməkdaşları tərəfindən saxlanılmış özbək qadın, 39 yaşlı Gülçöhrə Bobokulova ifadəsində bildirib ki, uşağın başını əri ona xəyanət etdiyi üçün kəsib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu iddianın qadının dayəlik etdiyi evdə yaşayan ailə ilə necə əlaqədar olması məsələsi qaranlıq qalır.

Əlavə olunur ki, qətli törətmiş qadının ruhi vəziyyəti şübhə doğurduğu üçün o, psixiatr ekspertizasından keçiriləcək.

*   *   * 14:30

Bu gün Moskvanın “Oktyabrskoe pole” metrostansiyasının qarşısında əlində kəsilmiş uşaq başı ilə tutulan qadının dayə kimi baxdığı 4 yaşlı Nastyanı öldürdüyü məlum olub.

İlkin məlumata görə qadın həmin metrostansiyasının yaxınlığında yerləşən mənzildə dayəlik etdiyi azyaşlı qızın başını kəsdikdən sonra kəsilmiş başı çantasına qoyaraq metroya girmək istəyib. Girişdə polis onu sənədlərini yoxlamaq üçün saxlayıb, bu zaman qadın çantasından uşaq başını çıxararaq “Allahü Əkbər” qışqırmağa başlayıb və metronun girişinin qarşısında, küçədə yaxalanıb.

*   *   *14:30

Bu gün Moskvada dəhşətli hadisə baş verib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, metronun “Oktyabrskoe pole” stansiyasının qarşısında əlində kəsilmiş uşaq başı tutan və “Allahü Əkbər” qışqıran şəxs tutulub.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə idarəsinin rəsmisi Yuliya İvanova bildirib ki, saxlanılan şəxs qadındır, dayəlik edib və baxdığı uşağın başını kəsib. Uşağın başsız cəsədi “Oktyabrskoe pole” metro stansiyasının yaxınlığındakı mənzildən tapılıb. İvanovanın bildirdiyinə görə, müstəntiqlər qadının psixi vəziyyətinin normal olduğuna şübhə edirlər və onu ekspertizaya göndəriblər.

Qadın hicablı olub və yaxalanarkən özünü partladacağı ilə hədələyib.

Polis əməkdaşları qadının şəxsiyyətini müəyyənləşdiriblər. Bu, 39 yaşlı Gülçöhrə Bobokulovadır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın