Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Araşdırma / Moskvada bir qrup azərbaycanlı həbs olundu

Moskvada bir qrup azərbaycanlı həbs olundu

Moskva şəhər Tuşino rayon məhkəməsi Rusiyanın Federal Miqrasiya Xidməti İdarəsinin (FMXİ) Moskva şəhər Cənubi Tuşino rayonu üzrə şöbəsinin keçmiş işçilərinə və Azərbaycan vətəndaşlarına qarşı cinayət işi üzrə hökm oxuyub.

Məhkəmə İvan Bitkaş, Andrey Potapov, Nataliya Tereşkina, Azərbaycan vətəndaşları Mədəd Zülfüqarov, Daşqın Bəkirov, Qılman Teyyubov, Elşən Tağısoy və Mariya İvanova barəsində vəzifəli şəxslərin pul şəklində rüşvət alması, rüşvətə vasitəçilik, qeyiri-qanuni işlər müqabilində vasitəçi ilə vəzifəli şəxsə rüşvət vermək, eləcə də mütəşəkkil qrup tərəfindən qeyri-qanuni miqrasiya təşkil etmək maddələri ilə ittiham hökmü çıxarıb.

İstintaq nəticəsində məlum olub ki, M.Zülfüqarov 2015-ci ilin fevral ayından 2016-cı ilin fevral ayına qədər FMXİ-nin Cənubi Tuşino şöbəsinin baş mütəxəssisi İ.Biktaş və A.Potapovla qeyri-qanuni olaraq əcnəbi vətəndaşların Rusiyada qalması üçün qeydiyyat sənədlərinə görə rüşvət alıblar. Onlar 207 qeydiyyat aparıb və hər bir qeydiyyata görə 300 rubl rüşvət alıblar. Alınmış rüşvətin toplam məbləği 62 min rublu (1030 dollar) keçib.

M.Zülfüqarov eyni yolla A.Potapovla “işləyib”. Onlar 2015-ci ilin iyul ayından 2016-cı ilin mart ayına qədər qanunsuz yolla 330 əcnəbi vətəndaşı qeydiyyata salıblar və bunun müqabilində 132 min rubl (2200 dollar) rüşvət alıblar.

2016-ci ilin yanvar ayında E.Tağısoy analoji cinayət əməlləri törətmək məqsədilə qrup yaradıb və tanışı M.Zülfüqarov, eləcə də D.Bəkirov və Q.Teyyubov müxtəlif vaxtlarda qruplaşmaya daxil olub.

Məhkəmə qərarına əsasən, müttəhimlər 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum ediliblər.(“Report”)

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın