Ana səhifə / Araşdırma / Moskvada azərbaycanlı tələbə qızın meyiti tapıldı

Moskvada azərbaycanlı tələbə qızın meyiti tapıldı

Moskvada Vuçetitsa küçəsində 24 yaşlı azərbaycanlı qızın meyiti tapılıb.

Virtualaz.org “Moskva” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, onun Moskva Dövlət Universitetinin tibb-stomatologiya fakültəsinin tələbəsi olduğu bilinsə də, kimliyi açıqlanmır.

Hüquq-mühafizə orqanlarından verilən məlumatda tələbə qızın şəhərdə yataqxanalardan birində qaldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin məlumata görə, qız kəskin ürək-damar çatışmazlığı nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır və meyit tibbi ekspertizaya göndərilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın