Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Moskvada azərbaycanlı ata və oğul yandırıldı

Moskvada azərbaycanlı ata və oğul yandırıldı

Moskvada azərbaycanlı ata və oğul içki məclisində dostları tərəfindən yandırılıb.
APA-nın məlumatına görə, hadisə dekabrın 15-də baş verib. Azərbaycanlı 27 yaşlı oğul və 48 yaşlı ata , həmçinin 27 yaşlı yerli sakin dostları ilə içki məclisində olarkən aralarında mübahisə düşüb və həmin şəxs onların üstünə tez alışan maye tökərək hər üçünü yandırıb. Zərərçəkmişlər 50-60 faiz yanğın xəsarəti ilə xəstəxanaya çatdırılıblar. 48 yaşlı azərbaycanlı dekabrın 19-da ölüb.
Faktla bağlı cinayət işi açılıb. Cinayətkarın tutulması istiqamətində iş aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın