Ana səhifə / Araşdırma / Moskva məhkəməsi Azərbaycan diasporu rəhbərinin ev dustaqlığı müddətini uzatdı

Moskva məhkəməsi Azərbaycan diasporu rəhbərinin ev dustaqlığı müddətini uzatdı

Moskvanın Xoroşevski məhkəməsi Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin (MV ARMMM) rəhbəri Qalib Ağayevin ev dustaqlığının müddətini aprelin 16-dək uzadıb.

Bu barədə “Report”a MV ARMMM-dən bildiriblər.

MV ARMMM nümayəndəsinin dediyinə görə, ərizəçi “Rusiya dünyası” Fondu ilə razılaşmaya əsasən, MV ARMMM Fonda hesabat üzrə qalan 280 min rublu ödəyib. Bu barədə məlumat istintaq orqanlarına təqdim olunub. İstintaqın sonuna qədər MV ARMMM rəhbəri ev dustağı kimi qalacaq.

Xatırladaq ki, fevralın 21-də Qalib Ağayev “Rusiya dünyası” Fondunun müraciəti əsasında Moskva Şimal-Qərb dairəsi İstintaq Komitəsinin əməkdaşları və polis tərəfindən həbs edilərək paytaxtın Xoroşevski məhkəməsinə aparılıb. Məhkəmə Qalib Ağayevin martın 16-dək ev dustaqlığında qalacağı ilə bağlı hökm çıxarıb.

Hazırda Qalib Ağayev evindədir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın