Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Möhübbət Hüseynovun oğlu yol qəzasında həlak oldu – “Range Rover” aşdı/FOTO

Möhübbət Hüseynovun oğlu yol qəzasında həlak oldu – “Range Rover” aşdı/FOTO

Dünən axşam saatlarında Kürdəmir-İmişli avtomobil yolunun İmişlinin Allahmədətli kəndindən keçən hissəsində sürücünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
27-yaşlı sürücü Anar Hüseynov idarə etdiyi “Range Rover”markalı 90-EP-003 dövlət nömrə nişanlı avtomaşını sərt döngədə aşıraraq ağır xəsarətlər alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, dünyasını dəyişən Anar Hüseynov DİN-in təqaüddə olan polkovniki, vaxtilə Yasamal rayonunun, sonradan DİN-in idarə rəisi, daha sonra isə Lənkəranın polis rəisi, əslən İmişli rayonunun Bəcirəvan kəndindən olan Möhübbət Hüseynovun oğludur.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın