Ana səhifə / Araşdırma / Mingəçevirdə bəbbəxt hadisə – Gömrük işçisinin ölümü anbaan kameraya düşdü – VİDEO

Mingəçevirdə bəbbəxt hadisə – Gömrük işçisinin ölümü anbaan kameraya düşdü – VİDEO

Mingəçevirdə keçirilən futbol oyununda ölüm hadisəsi baş verib.
ARB TV xəbər verir ki, Mingəçevir Türk Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb. Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub.
Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə “Gəncə Gömrük” komandası “Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb.
Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Şəhriyar Əliyev dünyasını dəyişib.
Nəticədə oyun təxirə salınıb.
4 gün davam edəcək turnirdə 16 komanda 4 yarımqrupda mübarizə aparır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın