Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Araşdırma / Milyoner Akif Gilalov: atasını da güllələyiblər, qardaşını da, özü deputatlığa namizəddir…

Milyoner Akif Gilalov: atasını da güllələyiblər, qardaşını da, özü deputatlığa namizəddir…

Rusiyada Dövlət Dumasına gələn ay keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınanlardan biri də Azərbaycan əsilli milyoner Akif Gilalovdur.

Virtualaz.org “Kommersant”-a istinadən xəbər verir ki, Akif Gilalov Kremlyönümlü “Ədalətli Rusiya” partiyasından namizəddir. O, partiyanın federal namizədlər siyahısının Lipetsk, Orlovsk və Kalujk vilayətləri üzrə regional qrupunda ikincidir. Gilalov Moskva dağ yəhudiləri icmasının lideridir və “ZAR” şirkətlər qrupunun rəhbəridir.

Gilalovun 2015-ci ildə təqdim etdiyi vergi bəyannaməsinə əsasən “ZAR” qrupuna daxil olan yeddi şirkətdən 30 milyon rubldan çox gəliri olub. Bu şirkəti Gilalovun atası Tahir Gilalov yaratmışdı.

Akif Gilalov Azərbaycanın Quba rayonundakı məşhur “Qırmızı qəsəbə”də anadan olub. Onun atası Tahir Gilalov sadə adam olmayıb, Azərbaycan SSR-in Xalq Nəzarəti Komitəsində, SSRİ Dövlət Plan Komitəsində (“Qosplan”) işləyib, Sov.İKP-nin XXVI qurultayında namizəd olub. SSRİ dağılandan sonra Tahir Gilalov Moskvadakı məşhur Çerkizovsk bazarının yaradılmasında iştirak edib. Sonradan Telman İsmayılovun nəzarətinə keçən bu bazar 2009-cu ildə bağlanıb və sökülüb.

Tahir Gilalov 90-cı illərin əvvəllərində Moskvada dağ yəhudiləri icmasını yaradanlardan və maliyyələşdirənlərdən biridir. O, 1998-ci ildə öldürülüb. Qatilləri hələ də tapılmayıb.

Akifin böyük qardaşı Zaur Gilalov da məşhur biznesmen və xeyriyyəçi olub, Ümumdünya dağ yəhudiləri konqresinin əsasını qoyub, konqresin ilk prezidenti seçilib. 2004-cü il martın 5-də öldürülüb. Bu cinayətin də üstü hələ açılmayıb.

Deputatlığa namizəd Gilalovun isə bir sıra dövlət mükafatları-“Şöhrət” ordeni, “İgidliyə görə” və “Dostluq” ordeni var. Onun “Ədalətli Rusiya” partiyasından namizəd irəli sürülməsi təsadüfi deyil. Gilalovun partiyanın sədri Sergey Mironovla yaxın münasibətləri var.

Virtualaz.org

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın