Bazar , Noyabr 29 2020
Ana səhifə / Araşdırma / Milyarder-oliqarxın oğlu işıq dirəyinə çıxıb korrupsiyaya etiraz edibmi?

Milyarder-oliqarxın oğlu işıq dirəyinə çıxıb korrupsiyaya etiraz edibmi?

Rusiya hakimiyyətinə yaxın milyarder-oliqarx, ötən həftə adı ABŞ-ın sanksiya siyahısına düşən Oleq Deripaskanın oğlu Moskvada bir qrup gənclə birlikdə işıq dirəyinə dırmaşaraq korrupsiyaya qarşı aksiyada iştirak edib.

Virtualaz.org xəbər verir ki, bu haqda xəbəri “Fontanka.ru” portalı yayıb. Portal bildirir ki, Deripaskanın oğlunun dirəyə çıxıb korrupsiyaya qarşı aksiyada iştirak etməsi barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ötən həftə Sankt-Peterburq Universitetinin tələbələri qarşısında mühazirəsi zamanı danışıb. Hərçənd saytın müxbiri Bastrıkinin həmin çıxışını şəxsən eşitməyib və məlumatı “şahidlərə istinadən” yayıb.

Məlumata görə çıxışında Deripaskanı hədəf alan Bastrıkin deyib ki, oliqarxın özü 90-cı illərdə bir sıra korrupsiya işlərində fiqurant olub. Amma sonradan ona hər şeyi keçiblər.

Lakin vəkil Anastasiya Samorukova mətbuata açıqlama verərək deyib ki, ötən il martın 26-da Moskvada işıq dirəyinə çıxıb aksiya keçirənlərin arasında milyarderin oğlu yer almayıb və bu, tam dəqiqdir. Həmin aksiyanı Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı təşkil etmişdi.

Vəkilin sözlərinə görə, aksiyada üç nəfər yeniyetmə olub. Samorukova hazırda onlardan birini məhkəmədə müdafiə edir. Aksiyaya qatılanlardan biri LDPR-dən keçmiş deputat Maksim Şinqarkinin oğludur, qalanlar sadə ailələrdəndir.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …