Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / Millət vəkilinin qardaşı oğlu “Bandotdel”ə aparılıb

Millət vəkilinin qardaşı oğlu “Bandotdel”ə aparılıb

“Bir neçə gün əvvəl qardaşım Dilavərin (Əliyev) oğlu Bəhruzu işlədiyi kafedən 7-8 polis tutub Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar”.

Bu barədə VHP sədri “Qafqazinfo“ya müsahibəsində bildirib. O qeyd edib ki, qardaşı oğluna qarşı bu cür münasibət digər qardaşı Əlövsət Əliyevlə bağlıdır: Bəhruzun komputerini götürüb baxıblar. Üç  gün onu orada ac-susuz, sorğu-sualsız  saxlayıblar, sonra buraxıb deyiblər ki, get sabah  gələrsən. Bu nə münasibətdir?! Onun atası polis işçisisidir, atasına zəng edib deyin ki, oğlunu göndər. Bu basqın nə deməkdir?! Bəhruzla bir yerdə iki nəfəri də tutublar, onları buraxıb Bəhruzu saxlayıblar. Şəkinski idarə rəisidir deyə nə istəyir onu etməlidir?! Bizi ailəvi həbs etdirəcək ya ölkədən çıxartdıracaq?!  Bunun özündən soruşan yoxdur ki, sənin bu məsələdə heç günahın yoxdur?! Onun atası çox ləyaqətli bir kişi idi, Əkrəm Şəkinski. Çox yaxşı da münasibətlərimiz var idi. Atası buna bənzər vəziyyətdə qətiyyən belə hərəkət eləməzdi. Hər şeyin bir hüquqi əsası olmalıdır. Saxta sənəd düzəldənlər, sərhəddən qanunsuz keçirənlər həbs olunub. Məsləhət verməyə görə adam həbs edərlər?”.

Daha sonra millət vəkili Əlövsət Əliyevin işi ilə bağlı Daxili işlər naziri Ramil Usubovla görüşünə və qardaşının Şəkinskinin ailəsi ilə bağlı axtarışa verilməsinə də münasibət bildirib:

“Daxili işlər naziri mənim şəxsi təsəvvürümə görə, bu məsələlərdə obyektivliyi qorumağa çalışan və lazımsız münaqişə yaratmaqdan uzaq duran bir adamdır. Amma proseslər onun istəyincə olur ya, yox, bunu deyə bilmərəm. Əlövsətin kimliyini, xidmətlərini çox yaxşı bilir.  Nazir müavini Vilayət Eyvazov Əlövsətin fəaliyyətinə həmişə qayğıyla yanaşıb. Əlövsət yalnız hüquq daxilində ona müraciət edən adamlara məsləhət verib. Əlövsət deyir ki, ona müraciət ediləndən sonra iki dəfə zəng edib ki, bu məsələni Şəkinskinin özünə desin. Təəssüf ki, onu Şəkinski ilə əlaqələndirməyiblər. Qadın Əlövsətə deyib ki, Şəkinksi məni psixi xəstəxanaya salıb uşaqlarımı əlimdən almaq istəyir. Qadının xaricə getməsinin səbəbi, ailəsindən didərgin düşməsi, köhnə ərinin niyə onu xəstəxanaya salmaq istəməsi araşdırılmır. Şəkinskinin uşaqları ilə bağlı narahatçılığını başa düşürəm. Həmin qadın Gürcüstandadır, getsin uşaqlarını götürüb gətirsin. Daha burda Əlövsətin nə günahı var? Əlövsət bu məsələyə görə ölkədən didərgin düşdü. O gedəndən sonra bacılarım, qardaşlarım, ona zəng edənlər, kənd-kəsəkdə  olan qohumlar – hamısını polisə çağırıb sorğu-suala tuturlar. Əlövsətin böyüyü mənəm, mənə heç nə demirlər”.

Qeyd edək ki, Sabir Rüstəmxanlının qardaşı Dilavər Əliyev polis mayorudur. Hazırda Bakı şəhər Yol Polisi İdarəsində işləyir, bundan əvvəl isə Yardımlı və Ağcabədi rayonlarında yol polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Oxucuların nəzərinə çatdırırıq ki, VHP sədri,  millət vəkili Sabir Rüstəmxanlı ilə geniş müsahibə bir neçə saatdan sonra yayımlanacaq.

Həmçinin oxuyun

800-dən çox saxta arayış, sosial şəbəkələrdə yalan xəbər, korrupsiya və… – Prokurorluq hesabat yayıb

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini …

Bir cavab yazın