Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxs tutuldu

“Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxs tutuldu

Daxili İşlər Nazirliyi (DİN) “Metro Park” ticarət mərkəzində yalandan “bomba qoyulması” hadisəsi ilə bağlı məlumat yayıb.

Virtualaz.org DİN-in Mətbuat xidmətinə istinadən bildirir ki, iyunun 11-də saat 14:42 radələrində naməlum şəxs DİN-in 102 “Zəng Mərkəzi”nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki “Metro Park” ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

*   *   *22:16

Bazar günü, iyunun 11-də Bakının Nərimanov rayonundakı “Metropark” ticarət mərkəzi polis əməkdaşları tərəfindən boşaldılıb və TM binası ətrafında hərəkət məhdudlaşdırılıb. Virtualaz.org “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, buna səbəb binaya qoyulmuş partlayıcı maddə barədə daxil olmuş anonim zəng olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, anonim zəng təxminən saat 18-də şəhər taksofonlarının birindən daxil olub.

Binada yoxlama tədbirləri keçirmiş mütəxəssislər şübhəli heç bir şey aşkar etməyiblər.

Hazırda “telefon terrorçusu”nun axtarışları aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın