Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / “Mercedes” vurdu, “Porsche” üzərindən keçdi – Foto

“Mercedes” vurdu, “Porsche” üzərindən keçdi – Foto

Bakının aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı sərnişin mikroavtobusu sol güzgüsü ilə yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişiyə toxunaraq keçib. Arxadan gələn “Porsche” markalı avtomobil isə zərbənin gücündən yerə yıxılan piyadanın üzərindən keçib. Kişi ərazidə dünyasını dəyişib.

Hadisə şahidi olan “Jeep” markalı avtomobilin sürücü maşını yol kənarında saxlayaraq insident barədə “təcili yardım” və polisə xəbər vermək istəyərkən arxadan gələn “Toyota” onun avtomobilinə çırpılıb.

Hazırda əraziyə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülər saxlanılıb. Araşdırma aparılır.




Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın