Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Mehriban Hüseynovanın əri: “İlhamə Quliyeva dedi ki, arvadını öldür”

Mehriban Hüseynovanın əri: “İlhamə Quliyeva dedi ki, arvadını öldür”

Noyabrın 1-də mərhum müğənni İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Mehriban Hüseynovanın əri Tofiq Hüseynov dindirilib.
O, ifadəsində deyib ki, M.Hüseynova uzun müddət İlhamə Quliyevanın yanında çalışıb və aralarında heç bir münaqişə olmayıb: “Münasibətlərin korlanması İhamə Quliyeva xəstələnəndən, müalicəsi başlayandan sonra oldu. Türkiyədən gələndən sonra bu söhbətlər başladı”.
T.Hüseynov İlhamə Quliyevanın evlərinə basqın etdiyini də söyləyib: “İlhamə Quliyeva, oğlu Nadir və onun dostu gecə evimizə basqın etdilər. İlhamə deyirdi ki, guya Mehriban onun evindən pul, şuba oğurlayıb. Guya Mehriban onu zəhərləmək, əmlakını ələ keçirmək istəyib”.
T.Hüseynov deyib ki, İlhamə Quliyevadan arvadını öldürməsi ilə bağlı təklif də alıb: “Mənə dedi ki, Mehribanı öldür. Məni də hədələyirdi”.
Mehriban Hüseynovanın İlhamə Quliyevanın evində döyülərək videoya çəkilməsi hadisəsindən də danışan T.Hüseynov söyləyib ki, arvadı həmin gecə evə bıçaqlanmış vəziyyətdə gəlib: “Bildim ki, orada döyülüb, təhqir olunub”.
Məhləmə prosesi noyabrın 8-də davam edəcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın