Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / Mehmandarovun soyulan gəlinindən YENİ XƏBƏR

Mehmandarovun soyulan gəlinindən YENİ XƏBƏR

Jurnalist Azər Qismət feysbuk səhifəsində xəbər vermişdi ki, Səməd bəy Mehmandarovun gəlini İza xanım naməlum şəxslər tərəfindən soyulub:
“Bu xanım Səməd bəy Mehmandarovun gəlini İzza xanımdır. O, hər gün Bulvara gəlir və təmiz hava alır. Neçə gün bundan əvvəl evinə gedərkən arxasınca iki alçaq gənc düşüb. Blokda qadının başına daş vurublar. Qadın huşunu itirib. Ayılanda görüb ki, barmağında üzük yoxdur, üstəlik çantasından 50 manat götürüb qaçıblar. indi qadın bu vəziyyətdədir. Belə məsum gözlərin sahibini bu hala salıblar”.
Moderator.az İzza Kulaginanın yaxın rəfiqəsi Nadejda xanımla əlaqə saxlayaraq hadisə haqqında və İzza xanımın hazırkı durumuyla bağlı ətraflı məlumat alıb.
Nadejda xanım baş verənlərlə bağlı bunları danışıb: “Bulvarda dincələn İzza xanım evə qayıdarkən yaşadığı binanın liftinin qabağında iki oğlanla qarşılaşıb. Oğlanlar ona yaxınlaşaraq neçənci mərtəbəyə qalxdığını soruşublar. İzza xanım ikinci mərtəbəyə qalxdığını deyib,  oğlanlar isə beşinci mərtəbəyə qalxdıqlarını deyərək liftə minməyiblər. Qadın liftə minəndən sonra oğlanlar qaçıb ikinci mərtəbədə onu gözləyiblər. İzza xanım liftdən çıxanda başına daşla vurublar, o, huşunu itirərək yerə yıxılıb. 96 yaşlı İzza xanım ayılanda görüb ki, barmağında üzüyü və çantasındakı 50 manat pulu yoxdur. Oğrular İzza xanımın Səməd bəy Mehmandarovun gəlini olduğunu bilməyiblər. Əks halda onlar İzza xanımın çantasından evinin açarlarını götürüb, evi soyardılar”.
Nadejda xanım Nərimanov rayon Polis İdarəsinin bu barədə məlumatsız olmasına da aydınlıq gətirib: “İzza xanım qorxduqundan polisə müraciət etməyib. Hazırda İzza xanımın vəziyyəti pisdir, təzyiqi qalxır, ola bilsin ki, kəllə-beyin travması alıb”.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın