Ana səhifə / Araşdırma / Mehman Hüseynov və iki NİDA-çı saxlanıldı

Mehman Hüseynov və iki NİDA-çı saxlanıldı

Blogger Mehman Hüseynovla NİDA hərəkatının üzvləri Məsud Əsgər və Samir Əsədli Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə lent.az-a Hərəkatın İdarə Heyətinin üzvü Ülvi Həsənli məlumat verib.

Onun sözlərinə görə, M. Hüseynov NİDA üzvləri ilə birgə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında çəkiliş aparırmış. Onlar həkimlərin münasibətindən şikayətlənən xəstəni və xəstə yaxınlarını çəkirmişlər. Xəstəxananın mühafizəçiləri isə bunun qarşısını almaq üçün hadisə yerinə polis çağırıblar.

Polis M. Hüseynovu və iki NİDA-çını 12-ci polis bölməsinə aparıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın