Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Mehman Əliyevin işi iki maddə üzrə aparılır

Mehman Əliyevin işi iki maddə üzrə aparılır

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev tutulub. Avqustun 24-də Mehman Əliyev Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunub, Cinayət Məcəlləsinin 231.1 və 308.1-ci maddələri üzrə şübhəli şəxs kimi saxlanıb.

Novator.az bildirir ki, 231.1-ci maddə xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya, 308.1-ci maddə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyəti nəzərdə tutur.

Mehman Əliyev Yasamal Rayon Polis İdarəsində saxlanır. Agentlik direktorunun bu gün məhkəmə qarşısına çıxarılması gözlənir.

59 yaşlı Mehman Əliyev “Turan” informasiya agentliyinin qurucusudur. Agentlik 1990-cı ildə yaradılıb.

2017-ci ilin may ayında vergi orqanının apardığı kameral yoxlamada “Turan”a 3 min 744 manat 36 qəpik vergi məbləği hesablanıb. Agentliyin nazirliyə şikayətindən sonra işə yenidən baxılıb, qərar ləğv edilib. Ancaq avqustun 7-də Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti agentliyə 26 min 907 manat 20 qəpik mənfəət vergisi hesablandığını bildirib.

Avqustun 16-da nazirliyin əməkdaşları “Turan”ın redaksiyasına gələrək agentliyin 2014-2016-cı illərə aid maliyyə, kargüzarlıq sənədlərinin və bir sıra digər sənədlərin surətlərini, mühasibin şəxsi noutbukunu götürüblər, əməkdaşların şəxsi əşyalarına, kompüterlərinin yaddaşına baxış keçiriblər.

Az sonra Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparılması barədə qərar qəbul edib.

Hazırda agentliyin 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-dək olan fəaliyyəti yoxlanır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın