Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Mehman Əliyevin girov müqabilində azadlığı üçün müraciət edildi

Mehman Əliyevin girov müqabilində azadlığı üçün müraciət edildi

Ölkə mediasında “Mehman 10 günlüyü” keçiriləcək

Vəkil Fuad Ağayev “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə Yasamal Rayon Məhkəməsinə vəsatət verib. Bunu F.Ağayev sosial şəbəkədəki statusunda bildirib. Vəkilin sözlərinə görə, qanunvericiliyə əsasən məhkəmə üç gün ərzində vəsatətə baxmalıdır.

“Ölkə mediasında ”Mehman 10 günlüyü” keçirmək niyyətindəyik”. Bu sözləri AzadlıqRadiosuna “Mehman Əliyevə Azadlıq Komitəsi”nin təmsilçisi Əvəz Zeynallı bildirib. Əvəz Zeynalının sözlərinə görə, 10 gün ərzində Mehman Əliyevlə bağlı ardıcıl şəkildə yazılar və başqa materiallar nəşr etmək fikrindədirlər. Ə.Zeynallı deyib ki, üzərində M.Əliyevin əksi olan köynəklərin hazırlanması da nəzərdə tutulur: “Jurnalistlərdən belə təklif gəlib ki, Mehman Əliyevin müdafiəsi ilə bağlı media mənsublarının aksiyası da keçirilsin” deyə, komitə üzvü bildirib.

Ə.Zeynallı deyib ki, beynəlxalq ictimaiyyətin M.Əliyevin həbsinə diqqətini daha da artırmaq məqsədi ilə beynəlxalq qurumlarla işi gücləndirmək niyyətindədirlər.

“Mehman Əliyevə Azadlıq Komitəsi” avqustun 28-də təsis edilib.

Xatırladaq ki, Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı CM-in 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyiblər və onun dərhal azadlığa buraxılmasına çağırıblar. ABŞ Dövlət Departamenti də M.Əliyevin dərhal azad edilməsinə çağırıb. Fransa və Böyük Britaniya XİN-lər M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıblar.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın