Çərşənbə , Dekabr 7 2022
Ana səhifə / Araşdırma / Maşını güllələnən şəxs keçmiş polis imiş

Maşını güllələnən şəxs keçmiş polis imiş

Bakıda bir neçə gün öncə silahlı hücuma məruz qalan şəxsin keçmiş polis əməkdaşı olduğu məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 20-si axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

Məlum olub ki, Tərlan Namazov keçmiş polis əməkdaşıdır. Daha öncə xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycana beş il rəhbərlik etmiş Kirov niyə öldürülüb?

Bundan 88 il əvvəl, 1934-cü il dekabrın 1-də bütün Sovet İttifaqını şoka salan qətl hadisəsi …