Ana səhifə / Araşdırma / Maşın nənəylə nəvəni vurdu – Nəvə öldü+Video

Maşın nənəylə nəvəni vurdu – Nəvə öldü+Video

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“ Azinforum.az ” Region TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb.

Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi “VAZ-2109” markalı minik maşını ilə yolu keçən piyadalar – Kürdəmir rayon sakinləri-1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Əli Ramil oğlu Sadıqovu vurub. Nəticədə Əli Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb, Aidə Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın