Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Araşdırma / Maşın ağacı iki yerə böldü – Qəza

Maşın ağacı iki yerə böldü – Qəza

Bakıda yüksək sürət yol qəzasına səbəb olub.

“ Azinorum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb. Belə ki, Şəhriyar Daşdəmirov kirayə götürdüyü “KİA” markalı avtomobil ilə yüksək sürətlə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən döngədə idarəetmə itirib. Nəticədə qarşı yola keçən “KİA” əvvəlcə “Mercedes”ə daha sonra isə ağaca çırpılıb. Zərbənin təsiri o qədər güclü olub ki, ağac iki yerə bölünüb. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. “KİA”nın sürücüsü Ş.Daşdəmirov sərxoşluq müayinəsindən keçirilib. Müayinə nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub. Daha sonra avtotexniki ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Maşın ağacı iki yerə böldü  -  Qəza

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın