Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Masallıda bələdiyyə sədri döyülüb? – İttiham + Fotolar

Masallıda bələdiyyə sədri döyülüb? – İttiham + Fotolar

Masallı rayon sakini Şəmsəddin Mikayılov rayonun əkinə yararlı münbit torpaqların təhlükə qarşısında olması ilə bağlı redaksiyamıza müraciət edib.

Şikayətçi “Qafqazinfo”ya bildirib ki, Masallı rayon icra başçısının göstərişi əsasında Ərkivan bələdiyyəsinin sədri Anar Rəcəbov və müavini Eynulla Əzizov qəsəbənin əkinə tam yararlı münbit torpaqlarını yük maşınları ilə daşıyaraq satışa çıxarır və həmin ərazidə çınqıl-qum sexi yaradırlar.

“Dolanışığı yalnız həmin pay torpaqlardan çıxan sakinlər dəfələrlə icra başçısına şikayət etsələr də, onların şikayətinə baxan olmayıb. Bundan başqa, məsələylə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Əmlak Komitəsin Cəlilabad Regional şöbəsinə, Bələdiyyələrlə İş Mərkəzinə və aidiyyatı üzrə bütün təşkilatlara müraciət edilib.

Amma müraciətimiz bu günə qədər araşdırılmayıb.

Qəsəbənin yararlı torpaqları tükənmək üzrədir. Bu qanunsuz işlərə etiraz edən vətəndaşlara isə təzyiq göstərilir, Ərkivan bələdiyyə sədri Anar Rəcəbov və müavini E. Əzizovun vasitəsi ilə həmin vətəndaşları şərləyib həbs etdirmək istəyirlər”.

Şikayətçinin sözlərinə görə, icra başçısının müavini Nəsir Muxtarlı vətəndaşlara torpaqların qazılmasının başçının birbaşa göstərişi əsasında yerinə yetirildiyini, buna heç kimin mane ola bilməyəcəyini deyib: “Nəsir Muxtarlı İcra başçısının göstərişi ilə bələdiyyə sədri Anar Rəcəbov və müavini Eynulla Əzizovu Masallı rayon xəstəxanasının Tramotologiya şöbəsinə aparıb və onların döyülüb xəsarət alması barədə saxta rəy hazırladıb. Sonra saxta rəylə Masallı rayon Prokurorluguna müraciət edərək həmin şəxsləri bizim (69 yaşlı mən və Afər Cahangirov) döydüyümüz barədə şikayət edib”.

Məsələ ilə bağlı döyüldüyü deyilən bələdiyyə sədrindən və həmçinin, ittiham tərəfi olan icra hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb. Tərəflərin ittihamlara cavabını dərc etməyə hazırıq.

Masallıda bələdiyyə sədri döyülüb?  -  İttiham + Fotolar
Masallıda bələdiyyə sədri döyülüb?  -  İttiham + Fotolar
Masallıda bələdiyyə sədri döyülüb?  -  İttiham + Fotolar
Masallıda bələdiyyə sədri döyülüb?  -  İttiham + Fotolar
Masallıda bələdiyyə sədri döyülüb?  -  İttiham + Fotolar
Masallıda bələdiyyə sədri döyülüb?  -  İttiham + Fotolar

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın