Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / Masallıda 32 yaşlı qadın qaynanasını döyüb xəstəxanalıq etdi

Masallıda 32 yaşlı qadın qaynanasını döyüb xəstəxanalıq etdi

Masallı rayonunda 72 yaşlı qadın döyülüb.

Hadisə Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1945-ci il təvəllüdlü Şərqiyyə Abı qızı Şahbazova gəlini, 1985-ci il təvəllüdlü Billurə Ramiz qızı Şahbazova tərəfindən döyülüb. Ş.Abbasovanın oğlu Ehtiram Şahbazovun verdiyi məlumata görə, qardaşı Taleh B.Abbasova ilə boşanma ərəfəsindədir. Onun sözlərinə görə, Ş.Abbasova 72 yaşlı qadını küt alətlə döyərək ona müxtəlif xəsarətlər yetirib.

Ş.Şahbazova oğlanları tərəfindən Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın