Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Araşdırma / Masallı sakini intihar həddinə çatdığını deyir

Masallı sakini intihar həddinə çatdığını deyir

Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu bildirir ki, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.

Bu barədə Azinforum.az-a müraciət edən Elnur Ağayev Z.Məmmədova qarşı Masallı rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddiaçıya 3700 dollar dəyərində zərərin dəyməsi barəsində qərar çıxardıb. Qərara görə, həmin məbləğ Z.Məmmədovdan alınaraq iddiaçıya ödənilməlidir.
Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyevin 03.08.2015-ci il tarixdə E.Ağayevə verdiyi cavabda bildirilib ki, onlar Z.Məmmədovun yerini hələ də müəyyənləşdirməyib.
E.Ağayevin sözlərinə görə, icraçıdan bu qərarı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlu ona “borclunun sənədinə stop qoyulub” deyib.

Şikayətçi ona dəymiş zərərin ödənilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətti”nə və daxili işlər naziri Ramil Usubova dəfələrlə müraciət etsə də, problem həll olunmayıb. O, intihar həddinə çatdığını bildirir.

Həmçinin oxuyun

Rəşad Atakişiyevin nəşi tapıldı

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin …

Bir cavab yazın