Çərşənbə , İyul 17 2019
Ana səhifə / Araşdırma / Masallı polisi cinayətkarın axtarışına niyə “STOP” qoydu?

Masallı polisi cinayətkarın axtarışına niyə “STOP” qoydu?

Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu dələduzluğun qurbanı olduğunu bildirib.
Azinforum.az xəbər verir ki, E.Ağayev Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.
Elnur Ağayev Z.Məmmədova qarşı Masallı rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddiaçıya 3700 dollar dəyərində zərərin dəyməsi barəsində qərar çıxarıb. Qərara görə, həmin məbləğ Z.Məmmədovdan alınaraq iddiaçıya ödənilməlidir.
Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyevin 03.08.2015-ci il tarixdə E.Ağayevə verdiyi cavabında bildirilib ki, onlar Z.Məmmədovun yerini hələ də müəyyənləşdirməyib.
E.Ağayev deyir ki, icraçıdan bu qərarı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib: “Burada Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlunun qəbulunda oldum. Birinci dəfə avqust ayının 20-də, ikinci dəfə sentaybr 7-də məni qəbul etdi. Polis mənə “borclunun sənədinə stop qoyulub” dedi. Mən Z.Məmmədovla telefonla danışaraq pulumu tələb etdim. O məni yenə təhqir etdi. Bu barədə DİN-in “102” qaynar xəttinə müraciət etdim. Ərazi üzrə sahə inspektoru yaşadığım ünvana gələrək ərizəmi qəbul etdi”.
Dələduzluq hadisəsinin baş verdiyi əraziyə nəzarət edən Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 19-cu Polis Bölməsi 23.07.2015-ci il tarixdə Elnur Ağayevin Daxili İşlər Nazirliyinə ünvanladığı məktuba cavab verib. Məktubda bildirilir ki, müraciətdə qeyd olunanlar yoxlanılıb, əvvəlki müraciətlə eynilik təşkil etdiyi üçün ilkin materiallara əlavə olunub. Məsələ ilə əlaqədar DİN-nə göndərilən sorğuya nazirliyin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə cavab verib: “Polis əməkdaşları Zaur Məmmədovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri tədbirlər həyata keçirirlər”.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyinin böyük tender talanı:Məntiqə sığmayan anomal xərclər

Heç düşünə bilərsinizmi ki, kiçik bir rayonun xəstəxanası bir il ərzində təqribən 10 milyon manatlıq …

Bir cavab yazın