Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Maşallah Əhmədovun məhkəməsi mətbuat nümayəndələrinin üzünə niyə qapandı?

Maşallah Əhmədovun məhkəməsi mətbuat nümayəndələrinin üzünə niyə qapandı?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının verdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyevi sədrlik edib.

Hakim bildirib ki, M.Əhmədov prosesdə mətbuat nümayəndələrinin iştirak etməsini istəmir. Bu səbəbdən də jurnalitlər məhkəmə zalına buraxılmayıb.

M.Əhmədovun vəkili prosesdə iştirak etmədiyinə görə hazırlıq iclası oktyabrın 13- kimi təxirə salınıb.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Maşallah Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın