Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Araşdırma / Maşallah Əhmədov məhkəmədə əsəbiləşdi – “Adam kişi olar”

Maşallah Əhmədov məhkəmədə əsəbiləşdi – “Adam kişi olar”

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov deyib ki, aqlay daşların bir qismi Maşallah Əhmədov tərəfindən “Sahil” MTK-ya verilib.

Y.Əzizovun vəkili deyib ki, 2 maşın daşın əvəzinə MTK M.Əhmədova 2 mənzil verib: “Bunu MTK-nın direktoru Kamil müəllim deyib”.

Hakim qərar verib ki, “Sahil” MTK-nın Maşallah Əhmədovdan aldığı daşlarla üzləmə işi aparılan binalara baxış keçiriləcək: “Çünki hər iki tərəf qarşı tərəfin təqdim etdiyi daşları qəbul etmir. Baxış keçirib daşların rəngini və növünü müəyyən edəcəyik”.

İclasda aqlay daşların hansı növdə və rəngdə olması mübahisə yaradıb. M.Əhmədov aqressiv çıxış edib: “Sən 10 min verib, 20 min istəyirsən. Adam kişi olar. Sən görəcəksən”.

Bundan sonra hakim M.Əhmədova xəbərdarlıq edib və bildirib ki, növbəti dəfə prosesi pozarsa, o zaldan çıxarılacaq və məhkəm M.Əhmədovun iştirakı olmadan keçiriləcək.

Məhkəmə prosesi iyunun 2-də davam etdiriləcək. Həmin gün M.Əhmədovun və Y.Əzizovun iştirakı ilə “Sahil” MTK-da binaya baxış keçiriləcək.

Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili …

Bir cavab yazın