Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Maşallah Əhmədov həbsdə qaldı

Maşallah Əhmədov həbsdə qaldı

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apelyasiya şikayətinə baxılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Həsən Əhmədov sədrlik edib. Apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmin qərardan M.Əhmədovun vəkili şikayət verərək həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın