Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Maşallah Əhmədov 35 min 650 manat ödədi- cəzası 8 ildən 2 ilə endirildi

Maşallah Əhmədov 35 min 650 manat ödədi- cəzası 8 ildən 2 ilə endirildi

Həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib

Musavat.com xəbər verir ki, M.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olanmuş 8 illik cəzadan apellasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qəbyl edilən qərardan sonra keçirilən ekspertizanın rəyini elan edib. Ekspertiza rəyində Maşallah Əhmədovun şərikli olaraq Yusif Əzizovla İrandan aldıqları mərmər daşların bazar qiymətləri yer alıb.

Təqsirləndirilən Maşallah Əhmədov və müdafiəçisi ekpertiza rəyi ilə razılaşmayıbkar və qiymətlərin baha olduğunu söyləyiblər. Şəriklərin aldığı 3 növ mərmər daşının qiyməti ekspert rəyi ilə 22-80 manat arası qiymətləndirilsə də Maşallah Əhmədov həmin daşların İrandan 7 manat 50 qəpiyə aldıqlarını deyib.

Maşallah Əhmədovun vəkili Əli Hüseynov məhkəməyə bildirib ki, dəymiş ziyanı təqsirləndirilən şəxsin oğlu ilə birlikdə hesablayıblat. Vəkul 35 min 650 manatı məhkəmənin depozit hissəsinə ödədiklərini qeyd edib. O, əlavə edib ki, zərərçəkmiş tərəflə razılığa gələ bilməyiblər.

Sövlət ittihamçısı Maşallah Əhmədovun vəsatətinin təmin edilməməsini istəyib. Prokuror həmçinin Yusif Əzizovun mülki iddiasının da təmin edilməməsini istəyib.

Maşallah Əhmədov son sözündə günahsız olduğunu deyib.

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra elan edilən qərara görə, Maşallah Əhmədov barəsində çıxarılmış 8 il azadlıqdan məhrum edilmə cəzası azaldılıb. Onun cəzasının 6 ili azaldılıb. Maşallah Əhmədovun 2 il azadlıqdan məhrum edilməsi cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əhmədov Yusif Əzizova olan 128 min manat borcunu ödəmədiyi üçün həbs edilib.

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.

M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasınıyerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndərCavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın