Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Marşrutda bədbəxt hadisə – Sərnişin yerə yıxıldı

Marşrutda bədbəxt hadisə – Sərnişin yerə yıxıldı

Bu gün səhər saatlarında 202 saylı marşrutda bədbəxt hadisə baş verib.

Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, avtobusda olan basabasa görə qapının ağzında dayanan gənc yıxılaraq zədə alıb. Dərhal hadisə yerinə iki təcili tibbi yardım maşını gəlib. Sərnişinlər avtobusdan boşaldılıb.

Qeyd edək ki, 202 saylı marşrut Biləcəri qəsəbəsindən Nərimanov metrosuna qədər hərəkət edir. Qəsəbə sakinləri hər gün səhər və axşam saatlarında avtobusun qapılarının açıq şəkildə getdiyini bildirir. Buna görə də, sakinlər marşrut xəttinin sayının artırılmasını tələb edirlər.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin “Qaynar Xətt”inə zəng etsələr də, onlara cavab verilmədiyini bildirirlər.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın