Ana səhifə / Araşdırma / Maral Tahirqızının şikayəti əsasında məhkəmə başlayıb

Maral Tahirqızının şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan müğənni Maral Tahirqızının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası iyunun 30-na təyin edilib.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə M. Tahirqızı 3 il müddətinə azadlıdan məhrum edilib. M. Tahirqızı məhkəmə zalında həbs olunub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın