Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Maral Tahirqızı haqda veriliş yayımlandı – Video

Maral Tahirqızı haqda veriliş yayımlandı – Video

“Xəzər” telekanalında yayımlanan “Rezonans” verilişinin yaradıcı heyəti evini əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilərək 3 il azadlıqdan məhrum edilən müğənni Maral Tahirqızı ilə görüşüb. 

“ Azinforum.az ” Oxu.Az-a istinadən xəbər verir ki, həbsxana həyatından bəhs edən ifaçı bunları deyib: “Buraya gələndə ilk narahatlığım yatdığım çarpayı oldu. Evdəki rahat şəraitdən gəlib, belə yerdə yatmaq çətin idi. Düşünürdüm ki, əgər böyük cinayət etsəydim, görəsən, məni hara aparardılar? Amma mənə ən yüksək cəza verilib.

Həbs olunanda məni ilk olaraq Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına apardılar. Orada hamı siqaret çəkirdi. Siqaret tüstüsü isə məni boğurdu. Sonra xahiş etdim ki, məni siqaret çəkməyənlərin yanına aparın”.

M.Tahirqızı müsahibəsində onu da bildirib ki, o, həbsxanada mahnılar yazır.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın