Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun çoxsaylı mülkləri açıqlanıb.
Teleqraf.com-un
əldə etdiyi məlumata görə, Eldar Mahmudovun köməkçisi olan və MTN-də
müxtəlif vəzifələrdə çalışan Vüqar Mahmudovun adına Binəqədi rayonu,
Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 101-də yerləşən ev, Səbail rayonu,
Salyan şosesi, 32 saylı ünvanda 12 sot torpaq sahəsi, Yasamal rayonu,
Həsənbəy Zərdabi prospekti, ev 730də 83 saylı mənzil, Nərimanov rayonu,
M.Əlizadə küçəsi, 917-ci məhəllədə yerləşən 46 saylı mənzil, Xəzər
rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən 12 kvadrat metr
sahəli 1 otaqlı fərdi yaşayış evi, Abşeron rayonu Məhəmmədi kəndi
ərazisində 0.8940 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var.
Bundan
başqa, Vüqar Mahmudovun həyat yoldaşı Nuranə Mahmudovanın adına Səbail
rayonu, Xəqani küçəsi, 2 saylı ünvanda 50,5 kvadrat metr qeyri-yaşayış
sahəsi, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 saylı ünvanda
yerləşən 47,3 kvadrat metr qeyri-yaşayış sahəsi, Nəsimi rayonu, Bülbül
prospekti, 25 saylı ünvanda yerləşən 191,8 kvadrat metr qeyri-yaşayış
sahəsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən 12
kvadrat metr 1 otaqlı yaşayış evi qeydiyyata alınıb.
Vüqar
Mahmudova məxsus Səbail rayonu, Xəqani küçəsi, 2, Mərdanov qardaşları, 8
ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 757.000 manat,
Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən torpaq sahəsinin
bazar dəyəri 168.000 manat, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213
ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 615.000 manat,
Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllə ünvanında yerləşən 46
nömrəli mənzilin bazar dəyəri 238.000 manat, Nəsimi rayonu, Bülbül
prospekti, 25 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri
2.300.000 manat, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 101
ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 157.000 manat,
Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi ünvanında yerləşən fərdi
yaşayış evinin bazar dəyəri 4.800 manat, Yasamal rayonu, Həsənbəy
Zərdabi küçəsi 73 ünvanında yerləşən 83 nömrəli mənzilin bazar dəyəri
60.000 manat, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.894 hektar
torpaq sahəsinin bazar dəyəri 118.000 manat təşkil edib.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.
Həmçinin oxuyun
AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ
Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …