Bazar , Noyabr 29 2020
Ana səhifə / Araşdırma / Mafioz Sərkisyanın istefa səbəbi: xalq niyə bezmişdi?

Mafioz Sərkisyanın istefa səbəbi: xalq niyə bezmişdi?

Bu gün Ermənistan əhalisinin 30%-dən çoxu yoxsulluqdan əziyyət çəkir. Bunların hamısında Azərbaycanın apardığı siyasətin də rolu var. Çünki bu siyasət nəticəsində Ermənistan regionda baş verən bütün mühüm iqtisadi layihələrdən kənarda qalıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev Ermənistanın baş naziri Serj Sərkisyanın istefa verməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistanda vəziyyət həddən artıq ağır idi:

“Sərkisyanın baş nazir olmasının əleyhinə aksiya edənlərin çox mühüm əsasları var idi. Ermənistan üçün artıq son 27 ildə bütün seçkilərdən sonra psevdo-demokratiya görüntüləri yaratmaq ənənə halını almışdı. Sərkisyan da baş nazir seçildikdən sonra bu addımı atdı, ancaq sonda öz gücünə inanmadı. O, həm Qərbdən, həm də Rusiyadan dəstək alacağına ümid edirdi. Lakin Sərkisyan ciddi dəstək almadı və onu baş nazir kimi təbrik edənlərin sırası Putin və Medvedyevlə yekunlaşdı. Yəni Sərkisyanın istefaya getməsinə yalnız aksiyalar səbəb olmadı”.

Politoloqun sözlərinə görə, bu gün Ermənistan əhalisinin əhəmiyyətli hissəsi işsizdir, onların dolanması xaricdən asılıdır:

“Təkcə Rusiyada 550 mindən çox erməni miqrant var. Statistikaya görə, son 1 ildə təxminən 1.7 milyard dollar Rusiyadan Ermənistana pul daxil olub ki, bu da Ermıənistanın büdcəsinin yarısı deməkdir. Aksiyaların təşkil edilməsinin səbəblərindən biri də məhz iqtisadi problemlərin pik həddə çatması idi. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində Sərkisyanın rolu məlumdur. Bu gün hərbçilərin meydanda görünməsi (baxmayaraq ki, onlar sülhməramlı qüvvələrin nümayəndələridir), tələbələrin aksiyaya qoşulması bir daha təkan verdi ki, Sərkisyan belə bir addım atsın”.

Politoloq qeyd edib ki, eyni zamanda 24 apreldə Ermənistanda qondarma soyqırım günüdür:
“Sabah soyqırımı qeyd etmək üçün toplaşanlar və mitinqçilər üz-üzə gələ bilərdi. Nəticədə isə böyük problemlərin yaranması qaçılmaz olardı. Rusiyanın dəstəyinin olmaması və baş verən hadisələrə Qərbdən loyal münasibət, Serj Sərkisyanın baş verən mitinqləri sonadək idarə edə bilməməsi onun istefasına səbəb oldu”.

Politoloq Sərkisyanın istefasının prezident tərəfindən qəbul edildikdən sonra parlamentdə Sərkisyanın əvəzinə kimin vəzifəyə gətiriləcəyinə qərar veriləcəyini bildirib:

“Burada bir neçə fraksiyanın nümayəndələri ola bilər. Hələlik birinci müavin Karen Karapetyan Sərkisyanə əvəz edir”.

Qeyd edək ki, bu gün baş nazir Serj Sərkisyan istefa verib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …