Ana səhifə / Araşdırma / “Məni silahla hədələyən Nazim olub” – “Qurtuluş-93”-ün sahibi DANIŞDI

“Məni silahla hədələyən Nazim olub” – “Qurtuluş-93”-ün sahibi DANIŞDI

Tanınmış iş adamı, “Qurtuluş-93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzov haqqında səslənən ittihamlarla bağlı mətbuat konfransı keçirib.

Azinforum.az “Qafqazinfo”a istinadən xəbər verir ki, M. Novruzov onun haqqında ittihamlar səsləndirən Ukraynada yaşayan keçmiş işçisi Nazim Qəzənfərovun ona böhtan atdığını bildirib.

Qeyd edək ki, N. Qəzənfərov mediaya müraciətində M. Novruzov tərəfindən təhdid edildiyini, Novruzov üçün inşa etdiyi obyektlər üçün pulunu ala bilmədiyini və həmçinin, Ukraynadakı şirkətlərinin zorla əlindən alındığını bildirib.

M. Novruzov mətbuat konfransındə öncə öz həyatı haqda danışıb: “20 il əvvəl Bakıya gəldiyi zaman nə qalacaq, nə də yatacaq yerim olub. Usta işləyərək imkanlarımı genişləndirib öz şirkətlərimi yaratmışam. Bir neçə il əvvəl prezident İlham Əliyevin azərbaycanlı iş adamlarının xarici ölkələrdə də iş qurması haqda tövsiyəsindən sonra mən də Ukraynada iş qurmaq və Azərbaycana valyuta gətirmək qərarı verdim. Orada yaşayan etibarlı adam axtardım. Mənim yanımda işləyənlərdən biri Ukraynanın Lvov şəhərində yaşayan Nazim Qəzənfərovla məni tanış etdi. Elə hər şey də bundan sonra başladı.

Nazim Qəzənfərov ilk dəfə torpq almaq üçün 100 min manat beh istədi. Həmin məbləği göndərdim. 2 ay müddətində sənədin hazır olacağını bildirsə də, bu günə kimi hazırlamayıb. Daha sonra başqa bir torpaq sahəsi almaq üçün 150 min manat verdim. Sonradan məndən müxtəlif sənədləşmə və iş adı ilə bir neçə dəfə küllü miqdarda pul alıdı”.

İş adamı deyir ki, qısa müddət ərzində N. Qəzənfərov ondan 2 milyon dollara yaxın pul alıb. Hətta bu pullarla bina tikilib. Lakin iş adamı işin gedişi zamanı hesablayıb ki, verilən pulların miqdarına görə bu vaxta qədər həm torpaqlar tam alınıb sənədləşdirilməli, həm də binanın tikintisi qurtarmalı imiş. “Bir gün Ukraynadan mənə zəng gəldi ki, Nazim Qəzənfərov Diasporanın müəyyən adamları ilə əlbir olub pulları sağa-sola xərcləyir, əvəzində isə heç bir iş görülməyib. Hətta Lvovda tikilən binanın sökülməsi haqda qərar verilib. Mən şəhərin meri ilə görüşdüm, bildirdi ki, onlar 5 mərtəbəli binanın tikintisi üçün icazə veriblər. Əvəzində 8 mərtəbə tikilib. N. Qəzənfərov problemi özü həll edəcəyini bildirdi. Bir müddət sonra isə başqa bir ərazini almaq üçün məndən 350 min manat pul aldı. Sən demə həmin yer vaxtıilə yəhudilərin kütləvi qətlə yetirildiyi tarixi bir ərazi imiş. Oranı qazarkən insan sümükləri çıxıb və həmin yerdə tikinti aparmağa icazə verilmədi”.

Artıq aldadıldığını anlayan M. Novruzov N.Qəzənfərovdan alınan bütün torpaqların və tikilən mülkün sənədlərini özünün yaxın adamlarından birinə təhvil verməyi və onun adına keçirməyi tələb etdiyini bildirib: “Mən işi hüquqi yolla həll etmək istədim. Amma Nazim Qəzənfərovla görüşəndə o yanında Ukraynada reketliklə məşğul olan bir dəstə kriminal şəxslə gəldi. Nazimin özündə də silah var idi. Öz silahını çıxarıb masanın üzərinə qoyaraq məni təhdid etməyə başladı. Lakin mən bu təhdidlərdən çəkinən şəxs deyiləm. Nazimə vediyim bütün pullar sənədləşdirilib. Ona görə də bu məsələdə birmənalı olaraq hüquq mənim tərəfimdədir.

Nazim Qəzənfərovun mediada mənim haqqımda dedikləri böhtandan başqa bir şey deyil. Güya ki, onun təhdid edirəm, qardaşını polisə vermişəm, ölümlə hədələyirəm. Bunların heç biri olmayıb. Əslində, qeyd etdiyim kimi məni silahla hədələyən Nazim oldu”.

M. Novruzov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, daxili işlər nazirinə müraciət etdiyini də bildirib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın