Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Məktəbli qız yük maşınının altında qaldı – DƏHŞƏTLİ ÖLÜM

Məktəbli qız yük maşınının altında qaldı – DƏHŞƏTLİ ÖLÜM

Daxili İşlər Nazirliyi Oğuzda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yaydı. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 3-də saat 21 radələrində Oğuz şəhərində şəhər sakini Elbrus Həsənov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən həmyerlisi Nigar Quliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Oğuz RPŞ tərəfindən araşdırma aparılır.

 

10:27

 

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Seyidli kəndində 10 yaşlı Nigar adlı qız “QAZ 53” markalı, 32 BB 328 dövlət nömrə nişanlı yük avtomobilinin altında qalıb. Azyaşlı aldığı xəsarətdən hadisə yerində vəfat edib.

 

Qeyd edək ki, qəzada ölən 10 yaşlı qız orta məktəb şagirdi olub.

 

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın