Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Məhkəmə binasında atışma, dustaq qaçdı və…

Məhkəmə binasında atışma, dustaq qaçdı və…

ABŞ-ın Tenessi ştatının məhkəmə binasında baş verən atışma zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.

Report xəbər verir ki, bu barədə ştatın Araşdırmalar Bürosu məlumat yayıb.

“Koffi dairəsi şerifinin iki müavini məhkəmə binasında atışma zamanı yaralanıb və hazırda xəstəxanadadırlar”, – deyə büro nümayəndələri Tvitter mikrobloqunda yazıblar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin öldüyü deyilir.

Röyter xəbər verir ki, Koffi dairəsi şerifinin ofisinin əməkdaşı Laki Nott dindirilmək üçün məhkəmə binasına gətirilən dustağın şerifin müavinlərindən birinin tapançasını götürərək atəş açdığını, müavinlərdən birinin qarnından, digərinin isə əlindən yaralandığını bildirib.

Dustağın daha sonra qaçdığı və ehtimal ki, özünə açdığı atəş nəticəsində öldüyü qeyd olunur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın